AccessBank MHBS/Xarici Hesabatlar üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.
Təsvir:
- Mövcud kredit müqavilələri əsasında tələb olunan aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
- Mövcud kredit müqavilələrinin tələblərinə riayət olunmasına nəzarət və bu haqda beynəlxalq maliyyə tərəfdaşlarının mütəmadi məlumatlandırılması;
- Menecment, Səhmdərların və Beynəlxalq kreditorların/tərəfdaşların tələblərinə uyğun formatda bank daxili məlumatlar üzrə gündəlik sorğuların cavablandırılması;
- Yeni məlumatların əldə edilməsi və hesabatların hazırlanması üçün İT departamenti ilə əməkdaşlığın edilməsi;
- Bankın digər departament və şöbələri ilə müsbət və effektiv əməkdaşlığın təmin edilməsi;
- Maliyyə Departamentinin Rəhbəri tərəfindən qoyulmuş bütün öhdəliklərin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan, ingilis dillərini sərbəst bilmək, rus dili biliyi isə üstünlükdür;
- MS Word, Excel, PowerPoint, Outlook və s. ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- IFRS üzrə biliklər;
- Kollektivdə çalışmaq qabiliyyəti və arzusu;
- Mühasibatlıq işinin əsaslarını bilmək və hesablama bacarığına malik olmaq;
- Müstəqil işləmək bacarığı.
Uyğun namizədlər keçidddən istfadə edərək müraciət edə biərlər.