Show

14 Noyabr

Dövlət Məşğulluq Agentliyi işçi axtarır – VAKANSİYA

STRUKTURUN ADI: Mil-Muğan Regional Məşğulluq Filialı (Saatlı,Sabirabad,İmişli,Beyləqan)

VAKANT VƏZİFƏ: Baş mütəxəssis və orta idarəetmə vəzifələri (müxtəlif istiqamətlər üzrə)

ƏMƏK HAQQI: Ştat cədvəlinə uyğun olaraq

Vəzi̇fə Funksi̇yaları:

  • İşaxtaran və işsiz vətəndaşların qəbul edilməsi və onlara sosial müdafiə sahəsində Dövlət Məşğulluq Agentliyinin göstərdiyi xidmətlər haqqında məlumatlar verilməsi, müraciət edən vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsinə nəzarət edilməsi;
  • İşədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərlə əlaqəli fəaliyyət göstərilməsi;
  • İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədilə əmək yarmarkalarının təşkil edilməsi;
  • Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi üçün tədbirlər görülməsi;
  • Vakansiya bankının mütəmadi olaraq təhlil edilməsi, boş olan və yeni yaradılan iş yerlərinin vakansiya bankına daxil edilməsi üçün işəgötürənlərlə danışıqların aparılması;
  • Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılması, onlara vaxtında cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülməsi;
  • Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasına nəzarət edilməsi və rəhbərliyə təqdim edilməsi.

Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər: 

  • Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
  • İş stajı: vəzifədən aslı olaraq ən az 2-3 il iş təcrübəsi;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər Və Bacarıqlar: 

  • Qərar vermə;
  • İdarəetmə;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və innovativlik;
  • Təşəbbüskarlıq;
  • Problem həll etmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə müraciət etmək istədikləri vəzifəni qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi //www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.