Kristal Abşeron Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Autocad, Ofis Proqramları (Excel Word);
- Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
- Sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil;
- Kollektivdə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Layihənin sahəyə uyğun olduğuna nəzarət etmək, layihə üzrə smetanın tərtib olunması, podratçılardan təkliflərin alınaraq analizlər edilib aidiyyatı üzrə rəhbərə təqdim etmək;
- Yanğın xəbərvermə sistemlərinin quraşdırılması, təmiri,servisi (tüstü və isti detektorları, yanğın nəzarət panelləri və s.) zamanı podratçıların işlərinin təhvil alınması və smetaya uyğun olaraq bu iş həcmlərinə nəzarət;
- Yanğın siqnalizasiya sisteminin quraşdırılması və proqramlaşdırılması sahəsində ən az 1 il təcrübə;
- Mütəmadi olaraq yaşayış binalarında siqnalizasiya sistemlərinə (avtomatik yanğın söndürmə, siqnalizasiya, tüstüsovurma) texniki baxış;
- Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan yanğına nəzarət əməkdaşlarına yaşayış binaların siqnalizasiya sistemlərinin təhvil-təslim və test mərhələlərində yaxından iştirak etmək və təhvil-təslim aktlarının hazırlanması;
- Rəhbərliyin tapşırıqlarını və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.