Show

06 Noyabr

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC Daxili Audit Departamentinə Auditor vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
  • Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Daxili audit, risklərin idarə olunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
  • İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi haqqında biliklər;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
  • Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Auditor” şəklində qeyd etməklə 21 noyabr 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.