Show

04 Noyabr

Qala Həyat Sığorta işçi axtarır – VAKANSİYA

Qala Həyat Sığorta Məsul aktuari vəzifəsinə işçi axtarır .

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00 (bazar ertəsi-cümə)

Vəzifə Öhdəlikləri:

  • Sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasının hazırlanması;
  • Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərini tədqiq edilməsi və sistemləşdirməsi;
  • Aktuar hesablamaların nəticəsi üzrə hazırlanmış aktuari rəyinin təsdiqlənməsi;
  • Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətinin nəzarətdə saxlanılması;
  • Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modellərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
  • Sığorta məhsulunun xarici sığorta bazarlarında və daxili sığorta bazarında vəziyyətinin araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
  • Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
  • Şirkətin İFRS və requlyator tərəfindən hazırladığı ehtiyatların adekvatlığının yoxlanılması, metodologiya hazırlanması;
  • Şəxsi tutum ilə bağlı metodologiya hazırlanması və rəyin verilməsi;
  • Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: 1 il məsul aktuari və ya minimum 3 il aktuari vəzifəsi üzrə iş təcrübəsi; Aktuar şəhadətnaməsi; qanunvericilik üzrə biliklər, sahə üzrə funksional baza bilikləri
  • Təhsili/ixtisası: İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi Münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və yə magistratura dərəcəsi
  • Dil bilikləri: azərbaycan və ingilis dillərində sərbəst şəkildə yazmaq və danışmaq, rus dili - orta
  • Kompüter bilikləri: MS Office - əla
  • Fərdi keyfiyyət tələbləri: Problemlərin və konfliktlərin həll edilməsi, kollktivlə işləmək bacarığı