Show

03 Noyabr

Para BOKT işçi axtarır – VAKANSİYA

Para BOKT İnkassator vəzifəsinə işçi axtarır.

Əsas vəzifələr:

  • Nağd pul və digər qiymətli əməliyyatların aparılması prosesinə riayət edir;
  • Nağd pul və digər qiymətlilərin daşınması vaxtı işlə əlaqədar bütün tələbləri yerinə yetirir və sərvətlərin qorunması üçün tədbirlər həyata keçirir;
  • Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat və qaydaları bilməlidir;
  • Vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyinin təmin edilməsinə və təşkilat sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır

Tələblər:

  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (Mütləq);
  • Ali, orta və orta-ixtisas təhsil;
  • Həqiqi hərbi xidmət;
  • İnkassasiyavə ya sürücülük sahəsində müvafiq təcrübə;
  • Nəğd pulla intensiv işləmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "İnkassator" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.