Show

02 Noyabr

AFB Bank işçi axtarır – VAKANSİYA

AFB Bank Risklərin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
  • MS Office proqramlarında işləmək bacarığı , xüsusilə, yüksək səviyyədə Excel bilikləri;
  • Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
  • Məntiqi və analitik düşünmə tərzi.

İşin təsviri:

  • Bankın üzləşə biləcəyi risklərin müəyyənləşdirilməsi və bu risklərin bankın aktivlərinə, mənfəətinə və ümumilikdə müvəffəqiyyətinə potensial olaraq yaratdığı təsirlərin analiz edilməsi;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı dataların toplanması, analiz edilməsi, risklərin ölçülməsi və əldə edilmiş nəticələrin Risklərin İdarə Edilməsi strukturunun direktoruna təqdim edilməsi;
  • Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;  
  • Risklərin analizi üçün makroiqtisadi, vintaj, matris, riskdə olan dəyər, riskdə olan portfel təhlillərinin aparılması və təhlillər əsasında hesabatların hazırlanması;
  • Risk növləri üzrə limitlərin müəyyən olunmasında iştirak;
  • Aylıq olaraq bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının həyata keçirilməsi;
  • Risklərlə bağlı  stress-testlərin  keçirilməsi  və  risklərin azaldılması məqsədi ilə təkliflərin verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.