“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Şəbəkə administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud “NG Firewall”-ların administrasiyası;
- Şəbəkə avadanlıqların sazlanması və idarə edilməsi;
- RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
- WLAN, WAN, LAN şəbəkələrinin administrasiyası;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
- Data center şəbəkəsinin administrasiyası;
- VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası;
- Şəbəkə avadanlıqların fiziki quraşdırlması və dəyişdirməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- WLAN, WAN, LAN şəbəkələri və VPN/Firewall kimi texnologiyalar haqqında biliklər və onların tətbiqi üzrə təcrübə;
- AAA, RADIUS, TACAS+ barədə biliklər;
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər və təcrübə;
- BGP, EIGRP, OSPF, kimi marşrutlaşdırma protokolları haqqında biliklər və onların tətbiqi;
- VPN, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
- Data Center Switching haqqında bilik və təcrübə;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi üzrə təcrübə;
- Monitorinq sistemi üzrə biliklər;
- Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik və təcrübə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə administratoru qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.