Show

31 Oktyabr

PAŞA Bank işçi axtarır – VAKANSİYA

PAŞA Bank Credit Risk Underwriter (SME) vəzifəsinə işçi axtarır.

İşiniz nədən ibarətdir?

  • Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
  • Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Digər:Təhlil, qərarvermə və ünsiyyət bacarıqları
  • Lisenziya/ Sertifikat: ACCA (üstünlük verilir)
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
  • Kompüter bilikləri: Microsoft Office

Uyğun namizədlər CV-lərini keçiddən istifadə edərək müraciət edə bilərlər.