Sirab Təftiş işçisi (stok və rəflərə nəzarət üzrə) vəzifəsinə işçi axtarır.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə);
- Komputer bilikləri: MS Office - orta;
- Minimum təcrübə: 1 il;
- Dil bilikləri: Azərbaycan-əla;
- Yaş həddi: 25-35;
- Cinsi: Kişi;
- B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
- Komanda ilə işləmə bacarığı;
- Riyazi biliklər və analitik düşünmə bacarığı;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Vəzifə öhdəlikləri:
- Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması;
- Məhsul çeşidləri üzrə rəfdə FEFO və Planogram standardlarının tətbiqinin yoxlanması;
- Stend mövcudluğu və saylarının, stendlər üzrə doluluq səviyyəsinin, soyuducuların mövcudluğunun yoxlanması;
- Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması;
- Satış nöqtələrində görülən işlərin kefiyyətinin bal şkalası üzrə qiymətləndirilməsi;
- Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: 650 AZN;
- Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işçisi (stok və rəflərə nəzarət üzrə)” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.