Ferrum Capital Mühasibatlıq üzrə təcrübə proqramı vəzifəsinə işçi axtarır.
Hansı özəlliklərə malik olmalıdır?
- Maliyyə, mühasibat uçotu və ya audit sahəsində təhsil almış yeni məzunlar və ya magistratura pilləsinin tələbəsi olmalı;
- Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür);
- 1C proqramından istifadə bacarığı;
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel);
- Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.
Mühasibatlıq üzrə təcrübə proqramında nə işlər görülür?
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Online kargüzarlıqla bağlı əməliyyatların icra edilməsi;
- Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini həyata keçirilməsi;
- Bank vasitəsilə ödənişlərin icra edilməsi;
- Excel proqramında funksiyalar və cədvəllər vasitəsilə analizlərin aparılması;
Əlavə məlumat: 5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Mühasibatlıq üzrə təcrübə proqramı” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.