OMİD Mağaza müdiri (Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə) vəzifəsinə işçi axtarır .
İş haqqında məlumat:
- Mağazanın fəaliyyətini idarə və koordinasiya etmək;
- Mağazanın əməliyyat, maliyyə və hüquqi işlərinə nəzarət etmək;
- Biznes proseslərinə uyğun olaraq əməliyyat standartlarında mükəmməlliyi təmin etmək;
- İşçi performansının idarə edilməsi prossesinin yerində olmasını təmin etmək.
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərinə dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Satış nöqtələrindən və alıcılardan daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Satış prossesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
- Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
- Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək;
Namizədə dair tələblər:
- Ali təhsil ;
- Yaş həddi: 25-40
- Satış və müştəri xidməti sahəsində minimum 3 il təcrübə;
- Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.);
- Satış texnikası və prinsiplərini bilmək;
- Alıcılara keyfiyyətli xidmət standartlarını və xidmətin təşkili metodlarını bilmək;
- Analitik bacarıqlara sahib olmaq;
- Münaqişələrin həlli bacarıqları
- Məsuliyyət, dəqiqlik və inkişafa meyillilik;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti,Rus dili, (İngilis dili biliyi arzu olunandır)
- MS Office proqramları üzrə biliklərə sahib olmaq.
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı- 800 manat.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Mağaza müdiri" yazaraq [email protected] mail adresinə göndərmələri xahiş olunur.