Show

22 Oktyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bankda informasiya təhlükəsizliyini təmin edən vasitələr haqda məlumatların təhlilini aparmaq, mövcud qüsur və nöqsanların aradan qaldırılması üçün şöbə müdirinin qarşısına təkliflərlə çıxış etmək.
  •  PCİ DSS standartlarının tələblərinə uyğunluğun təmin olunması üzrə tədbirləri həyata keçirməsi
  • İT infrastrukturda olan boşluqların aşkar olunması və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi
  • İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsi.
  • Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması.
  •  İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək.
  •  İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət.
  • Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək.
  • Biznesin davamlılığı və böhran hallarının idarəedilməsi üzrə planların hazırlanmasında, işlək vəziyyətdə saxlanılmasında aidiyyatı strukturlara dəstək.

Tələblər:

  • Ali təhsil.
  • Məxfilik, diqqət, analiz etmək.
  • Ünsiyyət qurma bacarığı.
  • Vaxtın idarə olunması.
  • Komandada işləyə bilmək
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
  • İnformasiya Təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi.
  • İT sahəsində minimum 5 il iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.