Kontakt Home Kontent üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Məhsullara aid göstəricilərin etibarlı mənbələrdən tapılıb qeydə alınması, saytda və daxili sistemdə yerləşdirilməsi;
- Təsdiq edilmiş plan əsasında yeni məhsulların və kateqoriyaların yerləşdirilməsi;
- ERP sistemi ilə işləyib məlumatların emal edilməsi;
- Saytdakı məzmunun idarə edilməsi, yeniliklərin əlavə edilməsi;
- Foto, video və yazılı məzmunun sadə redaktə edilməsi.
Tələblər:
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- İş təcrübəsi: minimum 6 ay;
- Saytın admin paneli ilə işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.