Azerimed Alış Meneceri vəzifəsinə işçi axtarır.
Tələblər:
- Təhsil: Tibbi təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
- İşində dəqiq və məsuliyyətli olmaq;
- Kommunikasiya və komanda daxilində işləmə bacarığı:
Vəzifə öhdəlikləri:
- Yerli və xarici bazarda laboratoriya üzrə tibbi ləvazimat, avadanlıq və tibbi sərf mallarının alışının həyata keçirilməsi;
- İşgüzar və korporativ görüşlərin keçirilməsi və müvafiq danışıqların aparılması;
- Görülmüş işlər barədə müvafiq hesabatların hazırlanması;
- Alış prosesində yaranmış probləmləri operativ həll etmək;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- Ünvan: Nərimanov rayonu
- Əmək haqqı: 800-1500 AZN
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Alış Meneceri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.