PASHA Holding Audit Specialist vəzifəsinə işçi axtarır.
İşin təsviri:
- Qrup üzrə Audit departamentinin strateji layihələri (siyasətin inkişafı, sistemlərin həyata keçirilməsi və s. istiqamətində) və gündəlik fəaliyyətinin icrasında iştirak;
- Audit Komitələrinin iclaslarına dəstək/onların tərkibində iştirak;
- Audit Komitəsinin fəaliyyətinin sənədləşdirilməsi (Audit Komitəsi iclaslarının gündəlik və protokolları və Audit Komitəsinin illik hesabatları);
- Strateji Aktivlərin Daxili Audit departamentləri tərəfindən Qrup üzrə Audit departamentinə təhvil verilmiş audit fəaliyyətlərində iştirak;
- Maliyyə və Qeyri maliyyə qruplarının Daxili Audit Departamentlərinə müntəzəm olaraq keyfiyyətin təminatı proqramlarının (Keyfiyyət Təminatı və Təkmilləşdirmə Proqramı) tətbiq edilməsində iştirak;
- Maliyyə və Qeyri maliyyə qruplarının Daxili Audit Departamentlərinə Audit proqram təminatı ilə bağlı dəstək;
- Strateji Aktivlərin Daxili Audit Departamentlərinin daxili məlumatlandırma (Whistleblowing) sisteminin tətbiq olunması istiqamətində dəstək;
- Strateji Aktivlərin Daxili Audit departamentlərinin dəstək məqsədilə təyin edilən digər fəaliyyətlərdə iştirak;
- Kənar auditorlarla işin koordinasiyası (IFRS FS, MLP və s. üzrə monitorinqdə iştirak);
- Kənar auditorlarla işin koordinasiyasına Audit Komitəsinə dəstək;
- Daxili və kənar auditorların birgə həyata keçirdiyi fəaliyyətlərdə iştirak (təyin olunarsa);
- Qrup üzrə Audit daxilində təyin edilən digər fəaliyyətlərin icrasına dəstək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Müvafiq sahədə ən azı 2 il peşəkar təcrübə;
- Azərbaycan və ingilis dillərinin səlis biliyi (Rus və türk dillərinin biliyi üstünlükdür);
- CIA, ACCA, CPA, IMA, CISA və CISM sertifikatları;
- MS Office proqramları biliyi (Audit proqram təminatı ilə peşəkar təcrübə üstünlüdür);
- Bankçılıq və/və ya sığorta sahələri üzrə bilik;
- Əlaqədar sahələrdə və audit funksiyası haqqında ən yaxşı təcrübə haqqında biliklər.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV [email protected] e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Audit üzrə mütəxəssis” qeyd olunmalıdır;
- CV-lər 15 noyabr 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaqdır.