Show

15 Oktyabr

Ziraat Bank işçi axtarır – VAKANSİYA

Ziraat Bank Azərbaycan Bank Əməliyyat Sisteminə dəstək üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Bank sektorunda minimum 1 il iş təcrübəsi arzu olunandır;
  • IT analitik və ya oxşar sahədə iş təcrübəsi;
  • Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
  • Biznesin tələblərini anlamaq;
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
  • Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr:

  • Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
  • Bank sistemlərində istifadəçi rollarının dəyişdirilməsi, təyin olunması;
  • Tələblərin izlənilməsi;
  • Biznes tələblərinə görə hesabatların hazırlanması;
  • Yeni funksionallığın test olunması və tətbiq olunması;
  • Daxili sistemlərdə lazımi konfiqurasiyaların aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Oktyabr ayının 31-dək  [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.