“Kapital Bank” ASC namizədləri Pərakəndə satış departamentinin Birbaşa satış və xidmət şöbəsinin Yerində Xidmət bölməsində kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılmsı;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, rəsmiləşdirilməsi və ya Bankın filiallarına yönləndirilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Microsoft Office proqramları üzrə biliklər;
- Müştərilərlə danışma və satış qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.