Show

13 Oktyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital  Bank Hüquq və Komplayens Departamenti daxilində Korporativ hüquq şöbəsi üzrə "Bizdən Biri" təcrübə proqramı elan edir.

“Kapital Bank” ASC öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün Hüquq və Komplayens Departamenti daxilində Korporativ hüquq şöbəsi üzrə "Bizdən Biri" təcrübə proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Təcrübə sizə nələr qazandıracaq:

  • Şirkətdaxili qaydalarla, prosedurlarla tanışlıq;
  • Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması qaydası;
  • Hüquqi mövzuda saysız müzakirələrdə iştirak etmə;
  • Dövlət orqanları, publik hüquqi şəxslərə məktubların yazılması və s.

Bacarıqlar:

  • Hüquq üzrə tam ali təhsil (hüquq təhsili üzrə IV kurs tələbələri də müraciət edə bilər);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilənlərə üstünlük veriləcək);
  • Kompyuter bilikləri.

Keyfiyyətlər:

  • Bank hüququna marağı olan və bu sahədə karyera qurmağı düşünən;
  • Məsuliyyətli və həvəsli;
  • Yaradıcı yanaşma, yeni ideyalara malik olma və yeni ideyaları stimullaşdıra bilmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az  portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.