Show

12 Oktyabr

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika” ASC Hüquq və Komplayens Departamentində Komplayens risklərinin idarə edilməsi şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  •   Bankın hüquq üzrə komplayens risklərini idarə etmək və nəzarət etmək;
  • Beynəlxalq müqavilələr və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, rəy vermək;
  • Bütün struktur bölmələrə hüquqi dəstək göstərmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  • Bankdaxili korporativ aktlara (əmr, protokol, qayda, təlimatlar) dair hüquqi rəy vermək, onların hüquqi ekspertizasını icra etmək;
  • Bankın təsis sənədlərində baş verən dəyişikliklərlə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə hüquqi dəstək göstərmək;
  • Qiymətli kağızların yerləşdirilməsini nəzərdə tutan müvafiq sənədlərin hazırlanmasında iştirak etmək, lazımi hüquqi yardım göstərmək;
  • Tələb olunduqda Bankın PL/TMM şöbəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi) funksiyalarının icrasına köməklik göstərmək;
  • Qanunvericilik sahəsində Bankın fəaliyyətinə aid olan bütün yeniliklər barədə müvafiq şöbə, strukturları məlumatlandırmaq, tələb olunduqda həmin normaların tətbiqi ilə bağlı təlim keçmək;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Namizədə qarşı tələblər:

  • Ali hüquqi təhsil;
  • Korporativ hüquq sahəsində hüquqşünas kimi bankda ən azı 2 il iş təcrübəsi;
  • Mülki, həmçinin bank qanunvericiliyi sahəsində biliklər;
  • Azərbaycan və İngilis dilləri əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Məsuliyyətlik, operativlik;
  • İdarəetmə və qərar qəbuletmə qabiliyyəti;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 oktyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Komplayens risklərinin idarə edilməsi şöbəsinin müdiri qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.