Show

09 Oktyabr

ABB işçi axtarır – VAKANSİYA

ABB Bankdaxili qərarlara və tədbirlərin icrasına nəzarət şöbəsinə Aparıcı/Baş mütəxəssis işçi axtarır.

Görəcəyiniz işlər:

  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların icrasının monitorinqini həyata keçirmək;
  • Bankdaxili yoxlama strukturları, eləcə də kənar audit və tənzimləyici qurumlar tərəfindən aparılmış yoxlamaların nəticələri ilə bağlı tədbir planlarının hazırlanmasına nəzarət;
  • Müxtəlif yoxlamaların nəticəsi, eləcə də bankdaxili risklərin minimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanmasına və icrasına nəzarət prosesində iştirak;
  • Tədbirlər planının hazırlanması və icrası ilə bağlı müvafiq strukturlara sorğular göndərmək, aidiyyəti sənədləri tələb etmək, onlardan yazılı və şifahi arayışlar, məlumatlar almaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
  • MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 1-3 il iş təcrübəsi olan;
  • Komandada iş bacarığı olan;
  • Problem həll etmə bacarığı olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.