Show

09 Oktyabr

Alyans Tekstil işçi axtarır – VAKANSİYA

Alyans Tekstil Tikiş sahəsi üzrə mexanik vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Tikiş maşınları və digər avadanlıqların təmiri, yaranmış nasazlıqların operativ şəkildə aradan qaldırılması;
  • Sıradan çıxan ehtiyat hissələrin dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi;
  • Təmir işləri üçün ehtiyat hissə bazası yaradılması;
  • Avadanlıqlara davamlı olaraq texniki baxışın və xidmətlərin həyata keçirilməsi;
  • Avadanlıqların texniki cəhətdən düzgün istismarına, onların saz vəziyyətdə, tələb olunan səviyyədə işləməsinə nəzarət;
  • Yeni avadanlıqların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.

Namizədə tələblər:

  • Texniki sahə üzrə ən orta-ixtisas təhsili;
  • Tikiş sahəsi üzrə mexanik olaraq ən az 5 il iş təcrübəsi.
  • Avtomat JUKI maşınlarının təmirini bacaran ustalar 

İş şərtləri:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur. 

Uyğun namizədlər CV-lərini [email protected] mail adresinə göndərə bilərlər.