Show

08 Oktyabr

Kontakt Home işçi axtarır – VAKANSİYA

Kontakt Home Satış Məsləhətçisi (Kosmetika və baxım) vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Mağazaya daxil olan müştərilərin qarşılanması, tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi;
  • Məhsul, xidmət və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Satış texnikasına uyğun olaraq satış prosesinin həyata keçirilməsi;
  • Şirkət tərəfindən göndərilən vitrin məhsullarının qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
  • Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi;
  • Cavabdeh olduğu məhsulların qalığının mütəmadi yoxlanması və nəticə haqqında məlumatın verilməsi.

Tələblər:

  • Satış təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • Satış etmə bacarığı.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş günləri: 6 iş günü, 1 gün istirahət;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.