Show

07 Oktyabr

ABB işçi axtarır – VAKANSİYA

ABB Hesabatlıq və təhlil şöbəsinə mütəxəssis vəzifəsinə işçi axtarır.

Görəcəyiniz işlər:

  • Korporativ və KOS müştərilərə aid müxtəlif hesabatların hazırlanması;
  • Kredit və qarantiyalar üzrə silinmələrin aparılması;
  • Kredit və qarantiyalar üzrə ödənişlərə nəzarət;
  • KPI hesablanması və təqdimatların hazırlanması;
  • Müvafiq fondlara hesabatların təqdim edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı olan; 
  • Yaxşı səviyyədə SQL biliyi olan; 
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.