Show

30 Sentyabr

PASHA Bank işçi axtarır – VAKANSİYA

PASHA Bank Senior Project Manager in Data Governance vəzifəsinə işçi axtarır.

İşiniz nədən ibarətdir?

  • Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks “Data İdarəetmə” təşəbbüslərinin idarəedilməsi;
  • Strateji plan, məqsəd, təşəbbüs və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
  • Təşəbbüs üzrə məqsədlərin həyata keçirilməsi və onun birbaşa dəstəklənməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin idarəedilməsi;
  • Data təşəbbüslərinin icrasının və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
  • İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalar arası müzakirələrdə iştirak;
  • Data təşəbbüslərinin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarəedilməsi fəaliyyətləri barədə hesabatların hazırlanması;
  • Təşəbbüs müddətində işin icrası: layihənin uğurla həyata keçirilməsinə başlanma tarixindən bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi;
  • Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə.

Sizdən nə tələb olunur?

  • Təhsil: İT, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
  • Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı
  • Xarici dillər: İngilis (səlis), Rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (Microsoft Project, Jira)
  • Məhsul üzrə biliklər: Biznes texnologiyalarında geniş təcrübə və maraq
  • Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru
  • Digər: Proqram təminatı yazılma proseslərinin biliyi
  •  İT arxitekturası və data infrastrukturu barədə biliklər
  • Güclü ünsiyyət bacarığı (yazılı və şifahi)

Uyğun namizədlər keçiddən istifadə edərək müraciət edə bilərlər.