“Kapital Bank” ASC namizədləri İT İnfrastruktur Departamentinin Avtomatlaşdırılmış bank sistemləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Rəhbərlik tərəfindən Bank əməliyyat sistemlərinin (BƏS) inkişafı ilə bağlı daxil olan tapşırıqların analizini apararaq sistemlərin təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülməsi;
- BƏS-ə aid olan dəyişikliklərin mövcud standartlar əsasında icra və tətbiq edilməsi;
- BƏS-in işləmə prinsipi və standartların başa düşülməsi və bu qaydaların inkişafı ilə bağlı təkliflər verilməsi;
- BƏS üzrə hazırlanacaq yeni servis və funksionallıqları icraya götürmədən öncə komanda üzvləri ilə birlikdə müzakirə aparıb, asılılıqların müəyyən edilməsi;
- Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;
- BƏS-in fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsinin təmin edilməsi;
- BƏS-in fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;
- Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icra edilməsi.
Tələblər
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Alqoritm nəzəriyyəsi bilikləri;
- Oracle verilənlər bazası üzrə proqramlaşdırma təcrübəsi (SQL və PL/SQL dil bilikləri);
- Bank prossesləri haqqında məlumatlı olmaq və bank sistemləri ilə iş təcrübəsi;
- Analitik düşüncə;
- Komanda tərkibində və fərdi işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.