Show

21 Sentyabr

PASHA Management  işçi axtarır – VAKANSİYA

PASHA Management Company Aparıcı auditor VƏZİFƏSİNƏ İŞÇİ AXTARIR.

Öhdəliklərin təsviri:

  • Təsdiq olunmuş İllik audit planına əsasən, xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
  • Audit layihəri üçün iş proqramının hazırlanmasında iştirak;
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  • Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək; 
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək.

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

  • İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;
  • Müvafiq audit sahəsi üzrə 2 ildən artıq iş təcrübəsi CIA / CFSA / ACCA / CPA / CIMA / / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;
  • Daxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması.

Tələb olunan bacarıqlar:

  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və beynalxalq audit standartları üzrə anlayışların olması; 
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Təqdimat və yazı bacarığı;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur.

CV-lər r[email protected] e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində “Aparıcı Auditor” qeyd olunmalıdır;
CV-lər 10 oktyabr, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

PASHA Management Company