Show

21 Sentyabr

Yalama Agroparkı işçi axtarır – VAKANSİYA

Yalama Agropark MMC Aparıcı mühasib vəzifəsinə işçi axtarır.

Əmək funksiyaları:

  • 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək 
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması 
  • ƏDV, mənfəət, DSMF, Statistika, məşğulluq hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
  • Maliyyə-mühasibat sahəsində minimum 2-3 il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal istiqamətləri arzu olunandır)
  • Mühasibatlıq və maliyyə sahəsində sertifikatlarının olması üstünlükdür
  • Komanda ilə işləyə bilmə bacarığı

Əmək haqqı:

  • Əmək haqqı aralığı: 1000-1500 azn (təcrübə və iş keyfiyyətlərindən asılı olaraq)

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına mövzu yerində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.