Carlsberg Azerbaijan İT mütəxəssisi (Helpdesk) işçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Vahid təmas nöqtəsi kimi çıxış edərək, dəstək sorğularının qəbulu və emalı;
- Dəstək sorğularının icrası və ya onların həlli üçün məlumatların təqdim olunması vasitəsilə belə sorğuların geniş spektrinin cavablandırılması;
- Birinci xətdə araşdırma və diaqnostikanın aparılması, lazım olduqca həll edilməyən məsələlərin operativ şəkildə bölüşdürülməsi;
- ƏS, proqram və aparat təminatı üçün Windows iş yerlərinin dəstəklənməsi;
- Video konfransların dəstəklənməsi;
- Canon, HP və Epson printerlərinin dəstəklənməsi;
- Microsoft Office 365 tətbiqlərinin dəstəklənməsi;
- Ofis şəbəkəsinin dəstəklənməsi;
- Uçotun aparılması, istifadəçilərin proses barədə məlumatlandırılması və müvafiq şəxslərə görülən tədbirlər haqqında məlumat verilməsi.
Namizədlərə tələblər:
- Ali və ya orta texniki təhsil (arzuolunandır);
- İT sahəsindən 1 ildən artıq iş təcrübəsi;
- Azərbaycan və Rus dili bilikləri – mükəmməl; ingilis dili – texniki sənədləri oxuma səviyyəsində;
- Əsas şəbəkə texnologiyaları barədə biliklər;
- Şəbəkə və sistem idarəetmə vasitələri barədə biliklər;
- Şirkətin kompüterləri və orqtexnikasında nasazlıqların operativ diaqnostika üsulları barədə biliklər;
- Çalışqanlıq və təşəbbüskarlıq
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, gözlənilən əmək haqqını qeyd etməklə CV formasını doldurub, göndərməyiniz xahiş olunur:
Ərizə qəbulu üçün son tarix: 30 sentyabr 2022-ci il.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.