Show

16 Sentyabr

ADY işçi axtarır – VAKANSİYA

ADY Biznes Analitik vəzifəsinə işçi axtarır.

İşin təsviri:

  • Tələb olunan biznes proseslərinin analiz edilməsi, texniki tapşırıqların hazırlanması;
  • Visio proqramında iş axışlarının hazırlanması;
  • Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün proses sahibləri ilə görüş və müsahibələrin həyata keçirilməsi;
  • İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
  • İstifadəçi tələblərinin analizi nəticəsində "Sistem Analiz" sənədinin hazırlanması və müştəri ilə razılaşdırılması, IT və digər əməkdaşlarla müzakirə edilməsi;
  • Sistemin tətbiqi mərhələsində lazımi təlimlərin verilməsi və istifadəçi təlimatlarının hazırlanması;
  • Tələblərin izlənilməsi, ilkin testlərin aparılması və yeni funksionallığın test olunması.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Avtomatlaşdırılmış proseslər (Biznes, İT), proseslərin idarə edilməsi üzrə biliklər;
  • Biznes analitika və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Müvafiq sahə üzrə ali təhsil;
  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
  • MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər, (xüsusilə MS Visio)
  • İngilis dilini yaxşı səviyyədə bilmək

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.

Son müraciət tarixi: 29.09.2022