Show

14 Sentyabr

Enginet işçi axtarır – VAKANSİYA

Enginet Xidmətdən imtina müraciətlərinin idarəedilməsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin təqdim etdiyi xidmətdən mövcud istifadəçilərin imtina müraciətlərinin əsasında istifadəçilərlə əlaqə qurmaq;
  • Xidmətdən imtina səbəbini araşdırmaq və səbəbdən asılı olaraq istifadəçinin xidmətdən yararlanmasını təmin etmək məqsədi ilə şirkətdə tətbiq edilmiş təkliflərin irəli sürülməsi;
  • Danışıq əsasında istifadəçi tərəfindən xidmətlə bağlı irəli sürülən şikayətlərin araşdırılması, istifadəçinin narazılığının minimuma endirilməsi və xidmətdən imtinanın qarşısını almaq üçün şikayətin mahiyyətinin müvafiq məsul şəxslərə çatdırılması;
  • İsitfadəçi ilə danışıq zamanı Şirkətlə bağladığı müqavilə şərtlərini izah etmək və tərəflərin öhdəliklərinin məsuliyyət dərəcəsini anlatmaq;
  • İsifadəçi xidmətdən imtina etdiyi təqdirdə Şirkətin təqdim etdiyi xidmətlərdən yenidən istifadə etmək istəsə istifadəçiyə şərtlərin izah edilməsi;
  • İmtina baş verdiyi halda prosesin sistemdə düzgün şəkildə işlənilməsi və hesabata əlavə olunmasını təmin etmək.

Namizədə verilən tələblər:

  • Müştəri xidmətləri sahəsində ən azı 1 il iş təcrübəsi (Şikayət araşdırılması üzrə təcrübə üstünlükdür);
  • Müştərilərlə ünsiyyət təcrübəsi;
  • Müştəriyönümlülük; detallara diqqət yetirmə; analitik zəka; stressə davamlılıq; komandada işləmək bacarığı;
  • Azərbaycan dili və rus dili əla (yazılı və şifahi)
  • Yaş həddi-25-35

 Güzəştlər: Telefon danışıq limiti

 Əmək haqqı: 600-700 AZN

 İş qrafiki: 5 günlük iş qrafiki

Müraciət qaydası:  CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Xidmətdən imtina müraciətlərinin idarəedilməsi üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.