Show

14 Sentyabr

PAŞA Technology işçi axtarır – VAKANSİYA

PAŞA Technology Kibertəhlükəsizlik üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Əsas öhdəliklər:

  • "PAŞA Technology" MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi;
  • Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
  • Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması;
  • Həyəcan siqnalları və bədbəxt hadisələrin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün birbaşa rəhbərə bildirilməsi;
  • Qəza hadisələri illə əlaqədar cavab tədbirləri və/və ya rəqəmsal şəbəkədaxili araşdırma tədbirləri vasitəsilə yardım göstərə biləcək müstəqil podratçılarla əməkdaşlıqda köməklik göstərmək;
  • Yanlış  həyəcan siqnallarına reaksiya vermək üçün təhlükəsizlik əməliyyatları mərkəzi ilə əməkdaşlıq;
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin komandası tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
  • Nasazlıq göstəriciləri kimi taktiki kibertəhdid araşdırmasının istifadəsi və təhlili;
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), qəza hadisələrinin,  problemlərin,   texniki dəstək xidmətinin, dəyişikliklərin idarə olunmasında iştirak, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsinə dəstək;
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi üzrə müntəzəm kəşfiyyat işlərinin aparılması, o cümlədən birbaşa yardımın göstərilməsi və/və ya araşdırma tədbirlərinin həyata keçirilməsində iştirak etmək.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Texniki sahə üzrə Ali təhsil;
  • Mühəndislik və  ya texniki sahələr üzrə dərəcəyə üstünlük verilir;
  • Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür;

Təcrübə:

  • İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 3 il təcrübə tələb olunur;
  • Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;
  • Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibertəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya təhlükəsizliyi platformaları üzrə təcrübə;
  • ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik;
  • Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks;
  • SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə;
  • Ən azı bir ədəd müvafiq sertifikat tələb olunur (məsələn, GPEN, GWAPT, GCİH, GAWN)
  • "Python" proqramlaşdırma dili ilə bağlı praktik bilik;
  • Güclü yazılı və şifahi ünsiyyət və əməkdaşlıq bacarıqları;
  • İngilis dilində olan texniki materialları rahatlıqla oxuyaraq başa düşmək;

Kompütür bilikləri:

  • "Microsoft Office" proqramlarından istifadə bacarıqları;
  • Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik;
  • Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;

Dil bilikləri:

  • İngilis dili - Yaxşı
  • Azərbaycan dili - Ana dili
  • Rus dili – Yaxşı

Fərdi bacarıqları Davranışlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq;
  • Əməliyyatların keyfiyyətini təmin etmək;
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək;

Son müraciət tarixi: 10 Oktyabr 2022-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] adresinə göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.