Show

16 Sentyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamentinin Informasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin rəisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bankın İT və informasiya təhlükəsizliyi sahəsində risklərin aşkarlanması və qabaqlayıcı tədbirlərin müəyyən edilməsi üçün müvafiq yanaşmanı tətbiq etmək;
  •  Bank üzrə İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi təşkili və inkişaf etdirmək.
  • İT və informasiya təhlükəsizliyi sahəsində olan uyğunsuzluqları müəyyən etmək məqsədilə yoxlamaların həyata keçirilməsinin təmin etmək;
  • Bank əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi istiqamətində tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  •  İnformasiya Təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.
  • İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək; 
  • İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin təkmilləşdirməsi işin təşkil edilməsi
  • Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulmasını təmin etmək.
  • Daxili və xarici auditorlarla koordinasiyalı işin təşkili;

Tələblər:

  • İnformasiya təhlükəsizliyi və İT sahəsi üzrə ali təhsil (magistr dərəcəsinə üstünlük veriləcək); 
  • İnformasiya Təhlükəsizliyi, İT, Əməliyyat riskləri və ya digər əlaqəli sahə üzrə minimum 5 il; 
  • ISO 27001, NIST, COBIT, ITIL və s kimi standardlar haqqında praktiki biliklərin olması; CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir;  Nəzarət etmək, qərar vermək, nəticəyə yönəlmək bacarıqları; 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.