Auto Azerbaijan Resepşn vəzifəsinə işçi axtarır.
Əsas tələblər:
- Müvafiq sahədə 1-3 il təcrübə;
- Yaş həddi - 20-35;
- Dil bilikləri – Azərbaycan dili, Rus dili, (İngilis dili üstünlükdür)
- Sərbəst komputer istifadəçisi (MS Office Proqramları)
- Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli;
- Gülərüz, xoş görünüşlü olmalıdır.
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi;
- Ofisə gələn qonaqların qarşılanması;
- E-poçt yazışmalarının həyata keçirilməsi;
- Kargüzarlıq və ofis daxili işlər;
- Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
- Ehtiyac yarandıqda ofis daxili digər işlərə köməklik göstərmək;
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi.
Əmək şəraiti:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Müsahibə əsasında
İş yeri:
- Bakı şəhəri, Ziya Bünyadov pr. 118
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Resepşn” yazaraq öz şəkilli CV-lərini [email protected] mail adresinə yollaya bilərlər.