Show

01 Sentyabr

FINCA Azerbaijan işçi axtarır – VAKANSİYA

FINCA Azerbaijan İşə Qəbul üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • İşə Qəbul prosesini idarə etmək və bu prosesin xərc və vaxt baxımından səmərəli olmasını təmin etmək
  • İş üçün müraciət formaları, seçim aparılması üçün testlər, tapşırıqlar və işə qəbul prosesi ilə bağlı digər sənədləri tərtib etmək və yeniləmək
  • Yeni vakansiyalarla bağlı Xətti Menecerlər ilə uyğun namizəd profilini təyin etmək, elanlar hazırlamaq və müvafiq qaydada uyğun kanallar vasitəsilə yerləşdirilməsini və düzgün auditoriyaya çatmasını təmin və monitorinq etmək
  • Müsahibələr, sınaqlar və digər İşə Qəbul üçün istifadə olunan seçim metodları daxil olmaqla, seçim proseslərini tərtib etmək və seçim proseslərinin müvafiq olaraq həyata keçirildiyini təmin etmək
  • İş yarmarkaları və digər tədbirlərdə, uyğun hesab edilən hallarda, "FINCA"nın adından iştirak etmək
  • "FINCA Azerbaijan"ın işə qəbul proseslərini monitorinq etmək və qiymətləndirmək və bu prosesləri zaman keçdikcə təkmilləşdirmək üçün fəal şəkildə vasitələri araşdırmaq, müvafiq hesab edilən hallarda İnsan Resursları ilə bağlı təlimatda təkmilləşmələrin aparılması üçün tövsiyələr vermək

Namizəddən gözləntilərimiz:

Təhsil və Təcrübə: 

  • Ali təhsil: Biznesin İdarə Edilməsi, İnsan Resursları və ya əlaqəli sahə üzrə Bakalavr dərəcəsi
  • İşə Qəbul üzrə Mütəxəssis və ya oxşar rollarda ən azı 2 il iş təcrübəsi
  • Tam İşə Qəbul dövrünü idarə etmək bacarığı (yüksək dərəcədə, üstünlük olaraq dəyərləndiriləcək)
  • İşə Qəbul prosesində müxtəlif qəbul olunmuş metodikalar üzrə biliklər (üstünlük olaraq dəyərləndiriləcək)
  • Ənənəvi və müasir İşə Qəbul metodları, alət və texnika ilə tanışlıq

Digər Bilik və Bacarıqlar:

  • Ofis proqramları (MS Office) və təqdimat proqramları (PowerPoint və s.) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Bir neçə tapşırığın öhdəsindən gəlmək və verilənləri qiymətləndirmək və təhlil etmək bacarığı
  • Təsirli və yüksək Ünsiyyət (həm şifahi, həm də yazılı), Təqdimat bacarıqları
  • Vaxtın mükəmməl İdarə Edilməsi və Təşkilatçılıq bacarıqları
  • Təşəbbüskarlıq
  • Dil Bilikləri: Azərbaycan dili – səlist; İngilis dili – sübut olunmuş Orta səviyyə; 
  • Rus dili – üstünlük olaraq dəyərləndiriləcək

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün müraciət et düyməsinə basın, 15 Sentyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.