Show

20 Avqust

Kapital Bank işçi axtarır

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri İnzibati İdarəetmə Departamentinin Satınalma şöbəsində kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • “Bankın” ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı sorğuların keçirilməsi;
  • Satınalma prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • İlkin sənədlərin ekspertizasının aparılması;
  • Satınalmalar haqqında hesabatların hazırlanması;
  • Müqavilələr üzrə danışıqların aparılması;
  • Tender və Kotirovka protokollarının hazırlanması;
  • Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
  • Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilməsi və s;

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 1 ilə qədər iş təcrübəsi;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Yaxşı səviyyədə microsoft ofis proqramı bilikləri;
  • Satınalma sənədlər toplusunun hazırlanma qaydalarını bilmək;
  • Ünsiyyətqurma və analitik düşünmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.