Show

15 Avqust

Brend Menecer -VAKANSİYA

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur. Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.

İşin təsviri:

  • Brendin məhsullarını öyrənmək və həmin biliklər əsasında təlim keçmək;
  • Yerli və Xarici bazarlarda satış və qalığa nəzarət etmək;
  • İstehsal prosesini öyrənmək və illik planları proqnozları tərtib etmək;
  • Yerli və xarici satınalmalar prosesində iştirak etmək və nəzarət etmək;
  • Reklam məhsullarının istehsalında iştirak etmək və nəzarət etmək;
  • Brendin strategiyasının qurulmasında, təqdimatında və inkişafında iştirak etmək və nəzarət etmək.

Səlahiyyətlər:

Daxili prosedurlara və qaydalara uyğun olaraq CRM və digər proqram təminatlarından istifadə etmək, fəaliyyət nəticələrini tələb olunan proqramlarda qeyd etmək;

  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək;
  • Təşkilatın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daima riayət etmək;
  • Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.

Namizəd üçün tələblər:

  • Ali təhsil (Filologiya, Maliyyə və ya İdarəçilik kimi ixtisaslara yaxın ixtisaslar)
  • İş təcrübəsi- ən azı 2 il brend menecer / kateqoriya meneceri vəzifəsində təcrübə;
  • Azərbaycan , İngilis və Rus dili bilikləri;
  • Excel, Outlook və 1C proqramları biliyi;
  • Mükəmməl ünsiyyət və problem həll etmək bacarığı;
  • Analitik düşüncə tərzi

İş qrafiki:

  • 6 günlük iş rejimi: 09:00-18:00
  • Əmək haqqı: 1000 AZN

Qeyd: Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir. İnşaatçılar  metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.

  • Ünvan

Zarifa Aliyeva St, Baku

  • Əlaqə nömrəsi

(012) 537 00 68

  • Vebsayt

www.vmf.az/

 

  •