Show

08 Avqust

Kapital Bank işçi axtarır – VAKANSİYA

“Kapital Bank” ASC namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Maliyyə uçotu şöbəsində mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Bankda aparılan yeni layihələr üzrə testlər aparmaq və müxabirləşmələrin düzgünlüyünü yoxlamaq;
  • Maliyyə uçotunun bankın siyasətinə və mühasibatlıq prinsiplərinə uyğunluğunu təmin etmək;
  • Uçot səhvlərini və ya uyğunsuzluqları müəyyənləşdirmək və lazimi düzəliş tədbirlərini təklif etmək;
  • Hesabların Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planına uyğun açılmasını təmin etmək və s.

Tələblər

  • Ali təhsil;
  • Bank sahəsində minumum 1 illik iş təcrübəsi;
  • MS Excel bilikləri;
  • Maliyyə bilikləri;
  • ACCA F3, F7 olması arzuolunandır;
  • SQL biliklərinin olması arzuolunandır;
  • Vaxtı idarə etmək bacarığı;

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.