Show

05 Avqust

Atəşgah Sığorta işçi axtarır – VAKANSİYA

Atəşgah Sığorta İsmayıllı filialı üzrə əməliyyatçı vəzifəsinə işçi axtarır.

Namizədə tələblər:

  • Yaş: 20-35 
  • Cinsi: Xanım
  • Təhsil: Ali və ya orta texniki
  • İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla)
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Əsas vəzifə öhdəlikləri:

  • Müştəri qəbulu və sənədlərin ekspertizası
  • Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
  • Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
  • Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş yeri: İsmayıllı filialı

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İsmayıllı filialı üzrə əməliyyatçı” qeyd etmələri xahiş olunur.