Show

29 İyul

Kristal Abşeron işçi axtarır – VAKANSİYA

Kristal Abşeron Müştəri təmsilçisi vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərini bilməli;
  • MS Office proqramlarını bilmə bacarığı;
  • Səlis və aydın intonasiya ilə nitq bacarığı;
  • Yaxşı ünsiyyət və dinləmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin sorğularını (iradlarını, şikayətlərini və ya təkliflərini) idarə etmək;
  • Problemləri dinləmək və həll edilməsini izləmək (müvafiq şəxslərin cəlb edilməsi və müştərilərə cavabların vaxtında verilməsi);
  • Sorğuların vaxtında icra edilməsi və rəhbərliyə çatdırılması; 
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərməyi bacarmalı;
  • Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması prosesində köməklik göstərmək və onları tətbiq etmək;
  • Xidmətin prosedurlarını, siyasətini və standartlarını inkişaf etdirmək;
  • Vəzifə təlimatına uyğun digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “Müştəri təmsilçisi” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.