Show

27 İyul

Nar işçi axtarır – VAKANSİYA

Vakansiya haqqında:

Funksiya: Marketinq
Bölmə: Marketinq ünsiyyət vasitələri                                         
İş qrafiki: Standart
Son müraciət tarixi: 08.08.22

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Şirkətin sosial media kanallarını idarə etmək
  • Üçüncü tərəf şirkətlərin sosial media marketinq üzrə fəaliyyətini idarə etmək
  • Həftəlik / aylıq / illik sosial media planını hazırlamaq
  • Brend və ya marketinq fəaliyyətlərinin müvafiq kampaniyalar vasitəsilə sosial mediada yerləşdirilməsini təmin etmək
  • Müvafiq hesabatlar hazırlamaq  və onları rəqiblərlə/keçmiş göstəricilərlə müqayisə etmək
  • Sosial platforma və brendlərin izlənilməsi üzrə vasitələri təhlil  etmək  
  • Sosial media trendlərini və uğurlu layihələri izləmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (Marketinq sahəsində Ali təhsil üstünlük hesab olunur)
  • Rəqəmsal marketinq və ya sosial media marketinq üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlükdür)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Kopiraytinq bacarığı
  • Təşəbbüskar və yaradıcı
  • Nəticəyönümlü
  • Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
  • Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək 
  • MS Office proqramlarını bilmək

Müraciət etmək üçün:

CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Sosial media marketinqi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.