Show

22 İyul

Azersun işçi axtarır – VAKANSİYA

Azersun Holding Marketinq satınalmaları üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Müvafiq sahələrdə ali təhsili olmalı;
  • Satınalma sahəsində ən azı 1-3 illik iş təcrübəsi olmalı;
  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
  • Excell biliyi yaxşı səviyyədə olmalı;
  • Analiz etmə bacarığına sahib olmalı;

İş Tanımı:

  • Satınalma işinin təşkil edilməsi;
  • Marketinq tələblərinin (reklam, reklam film çəkimləri, hədiyyələr, tədbirlərin təşkili) şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınmasının və tədarükünün təşkil edilməsi;
  • Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
  • Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi;
  • Alınan məhsulların logistika fəaliyyətlərinin tənzimlənməsi;
  • Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;

Tələblərə cavab verdiyiniz təqdirdə hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə və ya  CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. (mövzu hissəsində vəzifənin adı “Marketinq satınalmaları üzrə mütəxəssis” qeyd olunmalıdır) 

İş şərtləri: Həftə içi 5 gün

İş yeri: Bakı şəhəri