Show

22 İyul

Veysəloğlu işçi axtarır – VAKANSİYA

Veysəloğlu Vergi uçotu üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 2 il

Təhsil: Ali iqtisadi təhsil

Yaş həddi: 25-35

İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.

Vəzifə öhdəlikləri:

  • Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Kameral uyğunsuzluqların  yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
  • Mənfəət və zərər hesabatının tərtib edilməsi; 
  • Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
  • Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
  • Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
  • Debitorlar üzrə qalıqların yoxlanılması;
  • Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
  • Proqnoz balansının hazırlanması;
  • Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.

Tələblər:

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • Komanda ilə işləmə bacarığının olması;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • Logo Unity proqram biliyinin olması arzu olunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Vergi uçotu üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edilir.