Show

13 İyul

Mühasib - VAKANSİYA

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan Damla mebel fabriki 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir.
Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Vakansiya: Mühasib 

Vəzifə öhdəlikləri:

  • Gündəlik əməliyyatların 1C 8.3 program təminatına işlənməsi;
  • E-Qaimə fakturaların tərtib edilməsi, göndərilməsi və nəzarətdə saxlanılması;
  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;

Namizədə tələblər: 

  • Ali təhsil ;
  • Yaş: 25-35 yaş;
  • İstehsalat sahəsində təcrübə;
  • 1C 8.3, Excel və BTP proqramlarından yüksək səviyyədə istifadə  bacarığı;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsindən məlumatlı olmalı;

İş şəraiti: 

  • Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət;  
  • Əmək haqqı : 500-600 AZN (net) ; 
  • İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı. 
  • Servis xidməti fəaliyyət göstərir. (20 Yanvar metrosu,Saray qəsəbəsi,Xırdalan və Sumqayıt şəhərləri üzrə).

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

[email protected]