Show

30 İyun

PASHA Sığorta işçi axtarır – VAKANSİYA

PASHA Sığorta Assistans mərkəzinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi; 
  • Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi;
  • Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi;
  • Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması;
  • Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi;
  • Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;
  • Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək;  
  • Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;
  • Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək;
  • Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil: sığorta və ya hüquq sahəsində təhsilə üstünlük verilir;
  • Müvafiq vəzifədə ən azı 1-2 illik təcrübə: Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan və  Rus dillərinin sərbəst bilikləri, işgüzar İngilis dili biliyinə üstünlük verilir;
  • Microsoft Office bilikləri.

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Dəqiqlik;
  • Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Analitik düşüncə tərzi;
  • Stressə davamlılıq.

İş şərtləri:

  • Növbəli iş qrafiki.

Son müraciət tarixi: 29 iyul 2022

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi  [email protected] ADRESİNƏ göndərin.