“Bank Respublika” ASC İnsan Resursları Departamentinə Maddi motivasiya sistemləri üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Gündəlik və aylıq əsasda mükafat və bonusların hesablanması;
- Gündəlik qaydada əməkdaşların mükafat və digər ödənişləri ilə bağlı sorğularının cavablandırılması;
- Ödənişlərin sənədləşdirilməsi, bankdaxili qayda və təlimatların aktuallığına nəzarət;
- Mövcud motivasiya sistemlərinin mütəmadi təhlili, optimallaşdırılması və bu istiqamətdə təkliflərin verilməsi;
- Yeni motivasiya və mükafatların hazırlanması prosesində iştirak və aidiyyatı struktur bölmələrlə əməkdaşlıq;
- İşçilərə avans ödənişlərinin həyata keçirilməsi və nəzarəti;
- Mükafat, əməkhaqqı və digər ödənişlərlə bağlı müxtəlif hesabatların hazırlanması.
- Departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, riyazi və ya iqtisadi sahələr üzrə);
- Ümumi 5 il, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 iyul 2022-ci il tarixinədək email-in mövzu hissəsində Maddi motivasiya sistemləri üzrə aparıcı/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.