Kontakt Home İnstagram hekayə meneceri vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- İnstagram sosial şəbəkəsində canlı yayımların edilməsi, hekayələrin yerləşdirilməsi;
- İnstagram hekayələri üçün məhsullar haqqında araşdırma edib video kontentlərlərin hazırlanması;
- İnstagram hekayələri üçün kreativ video kontentlərin hazırlanması;
- Canlı yayım zamanı izləyicilərə məhsulların tanıdılması, məhsullar haqqında ətraflı və doğru məlumatların verilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Tələblər:
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Yüksək ünsiyət qurmaq bacarığı;
- Aktivlik, çeviklik və məsuliyyətlilik.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.