Texnoplus Elektronika Mağazası
İş barədə məlumat:
- Biznes və korporativ kredit müraciətlərinin təhlil edilməsi;
- Kredit risklərinin qiymətləndirilməsi;
- Biznes fəaliyyətləri üzrə bazar araşdırmasının aparılması, maliyyə proqnozlarının hazırlanması;
- Kredit portfelinin monitorinqi və risklərə qarşı erkən xəbərdarlıq metodlarının qurulması;
- Müştəri xidməti strukturlar ilə iş kommunikasiyaların qurulması.
Namizədə tələblər:
- Tələb ərazi -Bakı şəh. Qara Qarayev pr 102A
- Yaş həddi 30 – 45;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır);
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Məişət texnikası və elektronika üzrə kreditləşmə sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası;
- Effektiv danışıq bacarıqları.
Əmək haqqı - 800 -1000 AZN.
Maraqlananlar şəkilli CV-lərini mövzu yerinə Baş kredit mütəxəssisi qeyd edərək [email protected] göndərə bilərlər.