Show

16 İyun

Kapital Bank işçi axtarır – VAKANSİYA

“Kapital Bank” ASC namizədləri Pərakəndə Biznesə Dəstək Departamentinin Müştəri Müraciətləri Texniki Dəstək şöbəsində kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın istifadə etdiyi interfeys sistemlərində yarana biləcək texniki dəstək ehtiyatları üzrə müraciətlərin ilkin qəbulu və istifadəsində olan texniki tool-lar vasitəsilə həll etmək;

• Həlli üzrə müvafiq funksionallıq mövcud olduqda, operativ həllini yerindəcə həll etmək

• Funksionallıq olmadıqda, digər aidiyyatı strukturlara həlli üzrə operativ dəstək prosesini təşkil etmək

• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra etmək.

Tələblər

• SQL və C# istiqamətində ilkin biliklərinin olması arzuolunandır;

• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;

• Məsuliyyətlilik və operativlik;

• Yüksək kommunikasiya qabiliyyəti.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.