Show

27 May

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Nəzarət Departamentinin Biznes kreditlərinin monitorinq şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək;
  • Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçmək;
  • Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Monitorinq məqsədilə müştərilərin biznes ünvanlarına səfərləri həyata keçirmək və s.

Tələblər

  • İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində minumum 1 illik iş təcrübəsi; və ya digər ixtisaslar üzrə ali təhsil və bank sahəsində minumum 3 illik iş təcrübəsi;
  • Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
  • Təşəbbüskarlıq, innovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
  • Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı;
  • Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması;
  • Daxili audit, monitorinq, anderraytinq, risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.